Gədəbəydə "KamAZ" yanıb

20 İyul 2020 08:19

Gədəbəy rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qaradağ kəndində "KamAZ" markalı yük avtomobilinin kabinəsi qismən və banına yığılan 7,4 ton ot bağlamasının 2,4 tonu yanıb. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az