Feliks sağaldı

19 İyul 2020 22:25

"Atletiko Madrid"in hücumçusu Joao Feliks zədəsini tam sağaldıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı futbolçu La Liqanın 38-ci turu çərçivəsində "Real Socyedad"la qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, 20 yaşlı futbolçu "Atletiko"nun son üç oyununu zədə səbəbindən buraxmalı olmuşdu.

Milli.Az