Götze La Liqa klubunun hədəfində

19 İyul 2020 22:15

"Borussiya Dortmund"la yollarını ayıran Mario Götze karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçiylə "Sevilya" yaxından maraqlanır. "Sevilya"nın hazırda azad agent statusu daşıyan alman futbolçuyla danışıqlara başladığı bildirilir.

Götze ilə "Sevilya"dan başqa, "Valensiya", "Monako", "İnter", "Roma" və "Milan" da yaxından maraqlanır.

Milli.Az