"Tottenhem" "Lester"i üç cavabsız qolla məğlub edib

19 İyul 2020 21:45

Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Tottenhem" öz meydanında "Lester Siti"ni qəbul edib.

"Uebli" stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Jeyms Jastin (avtoqol) və Hari Keyn (2) fərqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 58-ə çatdıran "Tottenhem" turnir cədvəlində 6-ci, "Lester Siti" isə 62 xalla 4-ci yerdə qərarlaşıb.

Milli.Az