Moskvada azərbaycanlı polisi döyüb

19 İyul 2020 19:29

Əslən azərbaycanlı olan bir nəfər Moskvanın mərkəzində hüquq-mühafizə orqanı əməkdaşını döyüb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə iyulun 15-də baş verib. Həmin şəxs Tverskaya küçəsi yaxınlığında icazəsiz tədbirdə iştirak edib. Polisin onu dayandırmaq istəmə cəhdi döyülməsi ilə bitib.

Nəticədə zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması alıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Milli.Az