Biləcəridə yük avtomobilləri toqquşub, iki nəfər xəsarət alıb - FOTO

19 İyul 2020 18:52

Binəqədi rayonunun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində "KamAz" markalı yük avtomobili ilə "Jac" markalı yük maşını toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, iki nəfər xəsarət alıb.

Hazırda əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb edilib. Yola yanacaq dağılıb.

Milli.Az