BDU-nun professoru vəfat etdi

19 İyul 2020 17:33

Bakı Dövlət Universitetinin professoru Akif Quliyev 78 yaşında vəfat edib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə universitetin məlumatında deyilir.  

Əməkdar elm xadimi Quliyev Akif Ələkbər oğlu 1942-ci il Gəncə şəhərində anadan olub. O, 1959-1964-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb, 1964-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.

2010-2019-cu illərdə Biologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Milli.Az