Sellülitləri yox edən skrab

19 İyul 2020 16:55

Bəzən arıq olan xanımlar ayaqlarında, kürəkdə sellülitlərin yaranmasından şikayət edir. Artıq çəkidən xilas olduqdan sonra qalan izləri aradan qaldırmaq heç də çətin deyil.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı salonlarda bahalı aparatlara pul tökmək lazım deyil. Evdə hazırlayacağınız skrab ayaqlarınızı tərtəmiz edəcək:

2 almanı sürtgəcdən keçirin. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı, kəsmik və 1 xörək qaşığı zeytun yağı töküb, skrab hazırlayın.

Həftədə üç dəfə bu skrabla budları masaj edin. Beləcə, sellülit problemini tez bir zamanda həll etmiş olacaqsınız.

Milli.Az