Yaponiyanın Narasino şəhərinin sakini evinin yanında meteorit qalıqları tapıb.
Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, qadın qalıqları saxlayıb və alimlərə verib.
Bu barədə Yaponiyanın Milli təbiət və elm muzayindən məlumat verilib.
Tokio üzərində parlaq partlayış iyulun 2-də müşahidə edilib. Göy üzündə işıq şarı uçub və bir müddət sonra yoxa çıxıb.
Bu, paytaxtdan 30 kilometr aralıda qonşu prefekturaya düşən meteorit olub.
Təhlillər sübut edib ki, onun parçalarının tərkibində alüminium, manqan və natriumun izotopları var. Bu maddələr kosmik şüalarla təmas zamanı yaranır.
Tədqiqatlar atmosferə girişdə kosmik obyektin 1,6 m diametrə və 5,5 ton ağırlığa malik olduğunu müəyyən edib.
O, atmosferin sıx qatlarına 15 km/san sürətlə daxil olaraq partlayıb. Bu zaman yerə 63 və 70 q ağırlıqda olan parçalar düşüb. Tərkibində metal olduğu üçün böyük parça yağışın təsirindən paslanıb.
Bu Yaponiyada tapılan 53-cü meteoritdir.
2017-ci ildə Kioto üzərindən 2003 YT1 göy cisminin böyük parçası olan nəhəng asteroid keçib. Asteroid təhükəli hesab edilib və gələcəkdə onun Yerlə toqquşma ehtimalının olduğu müəyyən edilib.
Milli.Az