Səlcuk İnan karyerasını başa vurdu - Yeni iş yeri

19 İyul 2020 16:03

"Qalatasaray"ın kapitanı Səlcuk İnan futbolçu karyerasını başa vurub.

Milli.Az Qol.az-a istinadən bildirir ki, bu haqda futbolçu özü dünən "Goztəpə"yə qarşı matçdan sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, 35 yaşlı Səlçuk İnan bundan sonra "Qalatasaray"ın məşqçilər korpusunda yer alacaq. Baş məşqçisi Fatih Terim mətbuat konfransında təsdiq edib ki, S.İnan onun köməkçisi olacaq.

Milli.Az