Bakıda taxta emalı sexi yanıb

19 İyul 2020 08:54

Bakıda taxda emalı sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 500 m² olan taxta emalı sexinin dam örtüyünün taxta atmaları və içərisinə yığılan taxta materiallar 15 m² sahədə yanıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az