Atasının ölümünə dözməyən Nurməhəmmədov karyerasını bitirir?

18 İyul 2020 22:44

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovun atasının ölümündən sonra karyerasını bitirməsi ilə bağlı şayiələr yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məsələyə Nurməhəmmədovun agenti Əli Əbdül-Əziz aydınlıq gətirib.

O bildirib ki, Həbib karyerasını bitirmək niyyətində deyil:

"Həbib amerikalı Castin Qetji ilə ilin sonuna kimi görüşəcək".

Milli.Az