Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 167-yə çatıb

18 İyul 2020 17:26

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.

Milli.Az APA-ya isinadn xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 167 nəfərə çatıb.

Virusa yoluxan 134 nəfər sağalıb.

Xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Milli.Az