Sami Yusifdən Azərbaycana dəstək paylaşımı - FOTO

18 İyul 2020 16:09

Dünyaca məşhur müğənni Sami Yusif də son günlər Azərbaycanda cəbhədə baş verənlərə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Cənubi Azərbaycandan olan sənətçi 2,2 milyonluq İnstaqram səhifəsində hekayə bölümündə ölkəmizlə bağlı paylaşımlar edib.

Sami Yusif "Qarabağ Azərbaycanındır", "Azərbaycan üçün dua edin" haştaqı ilə fotolar yayımlayıb. O, daha sonra Ermənistanın işğalçı bir dövlət olduğu, Azərbaycanın torpaqlarını zəbt etdiyi haqda məqalə yerləşdirib.

Milli.Az