"Səbail" futbolçusu Maykl Essyennlə yolları ayırdığını açıqlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.
"Səninlə bir komandada işləməkdən hər birimiz zövq alırdıq! Klub üçün elədiyin hər bir şey üçün təşəkkür edirik! Uğurlar, Maykl!" - deyə bildirilib.
Qeyd edək ki, M.Essyen 2019-cu ilin mart ayından "Səbail"də çıxış edirdi. O, 2019/2020 mövsümündə 15 matçda (616 dəqiqə) oynayıb.
Milli.Az