Azərbaycanlı futbolçu və məşqçi orduya könüllü yazıldı - FOTO

18 İyul 2020 16:22

Gündən-günə Azərbaycan Ordusunda könüllü şəkildə xidmət etmək istəyənlərin sayı artır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, orduya könüllü şəkildə yazılanlar arasında azərbaycanlı idmançılar da var.

Bunlardan biri millimizin sabiq futbolçusu, "Sumqayıt" klubunun yeni üzvü Elvin Məmmədovdur.

Bu gün 32 yaşını qeyd edən, Tovuzda anadan olmuş futbolçu onlayn şəkildə elektron müraciət formasını doldurub.

Milli.Az