Fransa səfirindən Azərbaycan-Ermənistan müharibəsinə REAKSİYA

18 İyul 2020 12:02

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin bərpa olunacağına ümid edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir Tvitter səhifəsində yazıb.

Diplomat yazıb: "Ümid edək ki, Azərbaycanla Ermənistan sərhədində atəşkəs bərpa ediləcək, daha itki olmayacaq, eskalasiya başa çatacaq və danışıqlar yenilənəcək".

Milli.Az