Bəhram Bağırzadə xəstəxanadan paylaşım etdi - FOTO

18 İyul 2020 10:05

Uzun müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadə instaqramda paylaşım edib. 

Milli.Az xəbər verir ki, məşhur aktyor xəstəxanadan foto yerləşdirərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Hələ ki, çəkə bildiyim bu qədər oldu".

Qeyd edək ki, Əməkdar artist sosial şəbəkədəki sonuncu postu 12 iyun tarixində yerləşdirilmişdi. 

Xatırladaq ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən aktyorun ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.  

Milli.Az