Poqba "Mançester Yunayted"lə müqaviləni uzadır

18 İyul 2020 08:12

Fransalı yarımmüdafiəçi Pol Poqba ingiltərə klubu "Mançester Yunayted"lə müqaviləni uzatmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərəflər artıq razılaşmanı imzalamaq üzərindədirlər.

Xatırladaq ki, futbolçunun hazırki müqaviləsi 2021-ci iləd başa çatır. Daha əvvəl oyunçu komandanı tərk etmək istəyini bildirmişdir.

Cari mövsümdə P.Poqba 16 matçda oynayıb, bir qol vurub və 4 qolla nəticələnən faydalı ötürmələr edib.

Milli.Az