Azərbaycanlı dosent koronavirusdan vəfat etdi

18 İyul 2020 08:58

Azərbaycan Texniki Universitetinin (AzTU) "Elektronika" kafedrasının dosenti Oqtay Sadıqov 66 yaşında koronavirusdan vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin feysbuk hesabında məlumat verilib.

"AzTU kollektivi Oqtay Sadıqovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına səbr diləyir. Allah rəhmət eləsin!", - paylaşımda qeyd edilib.

Milli.Az