"Lids" 16 ildən sonra yenidən İngiltərə Premyer-liqasında oynayacaq

18 İyul 2020 08:03

"Lids" futbol Klubu İngiltərə çempionatının baş divizionuna çıxışını vaxtından əvvəl təmin edə bilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə Premyer-liqasına "Lids" ikinci divizion oyunlarının 45-ci turundan sonra 87 xall toplayaraq yüksəlib.

Sonuncu dəfə klub bu divizionda 2003/04 mövsümündə oynayıb, 2007-ci ildən 2010-a qədər isə üçüncü divizionda çıxış edib.

"Lids" üç dəfə ölkə çempionatının (1969, 1974 və 1992) qalibi olub və 5 dəfə isə ikinci yeri tutub, bir dəfə İngiltərə Kubokunu qazanıb, daha üç dəfə finalda oynayıb. Bundan əlavə, klub İngiltərə Liqa Kubokunda bir, İngiltərə Super Kubokunda iki dəfə qələbə qazanıb.

Milli.Az