Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib

18 İyul 2020 07:15

Bakıda 1 saylı Xəstəxananın həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir müddət əvvəl infeksiyaya yoluxan həkim-reanimatoloq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdir.

Vəziyyəti ağır qiymətləndirilən həkim bu gün dünyasını dəyişib.

Milli.Az