Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb

17 İyul 2020 20:57

Bu ilin 6 ayında ən çox boşanma səbəblərinin nələr olduğu məlum olub.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin 6 ayı ərzində qeydiyyat şöbələrində nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar ərizələrində ən çox nikahın pozulması səbəbləri kimi xasiyyətlərinin tutmamasını, uşaqlarının olmamasını və qısqanclığı qeyd ediblər.

Milli.Az