Azərbaycanda bu günədək 26 636 nəfər COVID-19-a yoluxub, 341 nəfər vəfat edib

17 İyul 2020 18:19

Azərbaycanda indiyədək ümumilikdə 26 636 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib, 8 490 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Milli.Az