Bakıda bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

17 İyul 2020 17:39

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin "Karl Marks dairəsi" kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində "Xutor dairəsi" istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq.

Bu barədə Milli.Az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin  həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.                                         

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda bildirilb.

Milli.Az