Polkovnik-leytenant koronavirusdan vəfat etdi

17 İyul 2020 16:27

Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünnyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb. 

DİN Mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.

Milli.Az