Putin Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib - Təhlükəsizlik Şurasının iclası

17 İyul 2020 16:29

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclasının keçirildiyini, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə olunduğunu və Moskvanın vasitəçilik səylərinə hazır olduğunun vurğulandığını qeyd edib: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub". 

Milli.Az