Tvitter hesablarının oğurlanmasında şirkətin öz işçilərinin də rolu olub

21 İyul 2020 23:50

Tvitterin rəhbəri Jack Dorsey bir neçə rəsmi hesabın oğurlanmasından sonra  məsələnin araşdırıldığını qeyd edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, J.Dorsey açıqlamasında hələ də hadisənin araşdırıldığını bildirib.

Rəsmilərin məlumatına görə, hücum sosial şəbəkənin daxili sistemlərinə çıxışı olan Tvitter əməkdaşlarının vasitəsilə əlaqələndirilib.

Qeyd edək ki, hesabı oğurlanan məşhurlar arasında Elon Musk, Jeff Bezos, Bill Gates, Mayk Blumberq, Co Bayden, Barrack Obama və başqaları da var.

Milli.Az