Xiaomi yeni qulaqlığı təqdim etdi

21 İyul 2020 22:50

Xiaomi şirkətinin yeni naqilsiz qulaqlığı Xiaomi Mi True Wireless Earphones 2 Basic təqdim olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, qulaqlıq kənar gurultunun qarşısını alacaq tərzdə quraşdırılıb və kənarları sensordan ibarətdir. Qulaqlığın üzərində qoşa mikrofon yerləşdirilib. Bu səsgücləndirici zəng zamanı səsin qarşı tərəfə daha aydın ötürülməsini təmin edir. Bluetooth 5.0 texnologiyasından istifadə edən qulaqlıq telefon və tabletə də qoşula bilir. Tabletdə çıxarıldıqda isə avtomatik qapanır.

Milli.Az