Opel loqosunu dəyişdirdi - İlk dəfə bu avtomobildə istifadə olundu

21 İyul 2020 23:40

Alman avtomobil şirkəti Opel-in loqosunu dəyişdirmə xəbəri rəsmi təsdiqini tapıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, məlumata görə, yeni loqo ilk dəfə Opel Mokka modelində istifadə edilib.

Bildirilib ki, yeni loqoda Opel sözü çərçivənin alt qisminə inteqrasiya olunub.

Qeyd edək ki, avtomobil şirkətinin keçmiş loqosu çevrə və üzərindəki şimşək ikonundan ibarət idi.

Milli.Az