Polislərə Feysbukdan istifadə qadağan edildi

21 İyul 2020 22:10

Hindistan Daxili İşlər Nazirliyi polislərə Feysbukdan istifadəni qadağan edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, qadağanın əsas məqsədi xarici qüvvələrə məlumat ötürülməsinin qarşısını almaqdır. Rəsmilərin fikrincə, Hindistan özü Feysbuk kimi sosial şəbəkə yaratmalıdır ki, bura yerli əhalidən başqa heç bir xarici ölkə daxil ola bilməsin. Mütəxəssislər yerli sosial şəbəkə hazırlamaq üçün işlərə başlayıblar.

Qadağa iyulun 15-dən qüvvəyə minib.

Qaydaya əməl etməyənlər isə inzibati məsuliyyətə cəlb olunacaqlar.

Milli.Az