Messenger Rooms-da yenilik - Ekran paylaşma xüsusiyyəti

21 İyul 2020 22:15

Pandemiya dövründə Messenger Rooms daha da aktuallaşıb. Sonuncu xüsusiyyətlə isə istifadəçi sayının daha da artacağı gözlənilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Messenger Roomsda həm iOS, həm də Android cihazları üçün istifadəyə verilən yenilik vasitəsilə telefon ekranını paylaşmaq mümkün olacaq. Bu xüsusiyyət təhlükəsizlik məqsədilə maksimum 16 nəfərlik Messenger Rooms-larda istifadə ediləcək.

Bunun üçün ekranı paylaş bölümünə daxil olmaq kifayətdir.

Yenilik vasitəsilə İnstaqramda gəzişməkdən tutmuş, qalereyaya qədər qrup üzvlərinə göstərmək mümkündür.

Milli.Az