Boliviya prezidenti: “Toyuq əti kişiliyə ziyandır”
22 Aprel 2010 06:12
130 ölkələdən minlərlə adamın iştirak etdiyi alternativ zirvə toplantısının açılışında çıxış edən Evo Morales kişiləri toyuq əti yeməməyə çağırıb: "Toyuq yeməyin. Həm kişiliyinizi, həm də saçınızı itirərsiniz".
Evo Morales bildirib ki, toyuqları qadın hormonu ilə doldururlar. Bu səbəbdən də toyuq yeyən kişilərdə problemlər əmələ gəlir. Bundan başqa, onların saçları tökülür, keçəlləşirlər.
Qeyd edək ki, Evo Moralesin çıxışını araşdıran mütəxəssislər Avropa və ABŞ-dakı toyuq istehsalçılarının hormondan istifadəni dayandırdığını bildiriblər. Bir çox Qərb ölkələrində isə hormondan istifadəyə qadağa qoyulub.
Milli.Az