Dibalanın Platinidən yeganə üstünlüyü

17 İyul 2020 20:09

UEFA-nın sabiq prezidenti Mişel Platini "Yuventus"un futbolçusu Paulo Dibalanın özü ilə müqayisə edilməsinə münasibət bildirib. 

Milli.Az kaspi.az-a istinadən bildirir ki, Platini fərqli mövqelərin futbolçuları olduqlarını deyib. O, məsələyə bir qədər də zarafatyana münasibət göstərib:  

"Həmişə müqayisələrdən uzaq olmağa çalışmışam. Amma deməliyəm ki, Dibala məndən yalnız bir məqamda üstündür - 40 yaş cavandır. 
 
O, hücumçudur, çox qol vurur. Mən isə yarımmüdafiəçi olsam da, çox qol vurmuşam, komanda oyunçusu olmuşam. Mənim etdiklərim Dibalanın etdikləri deyil".
 
Qeyd edək ki, Platini "Yuventus"da çıxış edərkən 3 il dalbadal "Qızıl top"u qazanıb. Dibala cari mövsümdə İtaliya çempionatında 30 oyun keçirib, 11 qol vurub, 9 qol ötürməsi edib. 

Milli.Az