Müdafiə Nazirliyi Tovuzda son vəziyyətlə bağlı məlumat yaydı

17 İyul 2020 11:27

Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dargahlı deyib.

O bildirib ki, yaşayış məntəqələrimiz atəşə tutulmur. Amma ümumilikdə gərginlik davam etməkdədir.

Milli.Az