Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti vəfat etdi
21 Aprel 2010 17:19
Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, ispaniyalı Samaranç dünən kəskin ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər 89 yaşlı Samarançın səhhətini "son dərəcə ağır" qiymətləndirirdi.
Bu gün o, dünyasını dəyişib. Samaranç 1981-ci ildən 2001-ci ilədək BOK prezidenti olub, sonradan isə qurumun fəxri prezidenti adına layiq görülüb. Vaxitə o, İspaniyanın Sovet İttifaqındakı səfiri postunu da tutub.
Milli.Az