Neftçalada qadın traktorun altında qalaraq ölüb

16 İyul 2020 21:32

Neftçalada qadın faciəli şəkildə dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun təkəri altında qalaraq ölüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az