Şəhid olan 24 yaşlı hərbçimiz - FOTO

16 İyul 2020 17:57

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağstafa rayonu, Kolxəlfəli kənd sakini, Nazim Əfqan oğlu İsmayılov Tovuz istiamətində gedən döyüşlərdə həlak olub.

Nazim İsmayılov 1996-cı il təvəllüdlüdür. 24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Milli.Az