Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib - VİDEO

16 İyul 2020 18:09

Xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə dəstək aksiyaları davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün növbəti aksiya Polşanın paytaxtı Varşavada keçirilib. Yüzlərlə azərbaycanlı paytaxt şəhərin mərkəzinə toplaşaraq Azərbaycan Ordusuna dəstək olduqlarını ifadə edib.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, erməni təcüvünə son qoyulması ilə bağlı şüarlar səsləndiriblər.

Milli.Az