Ronaldo ən pis oyunçu seçildi

16 İyul 2020 18:27

"La Gazzetta dello Sport" nəşrinin versiyasına əsasən, "Yuventus"un futbolçusu Kriştiano Ronaldo A seriyasında 33-cü turunda "Sassuolo" ilə oyununun (3:3) ən pis oyunçusu seçilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,p ortuqaliyalı hücumçu meydanda olan futbolçular arasında ən aşağı qiyməti alıb - 5. 

35 yaşlı oyunçu 90 dəqiqə meydanda olub və fərqlənə bilməyib.

Qeyd edək ki, Ronaldo 2019-cu ilin 10 noyabrından sonra ilk dəfə A seriyası oyununda qol vurmayıb və ya qol ötürməsi verməyib.

Milli.Az