8 il gözləmişdi, şəhid olandan 2 gün sonra qızı dünyaya gəldi... - FOTO

16 İyul 2020 18:33

İyulun 14-ü səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan gizir Yaşar Babayevin bu gün qız övladı dünyaya gəlib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumatı şəhidin yaxınları verib. Bildirilib ki, şəhidin qızına Narın adı verilib.

Xatırladaq ki, yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb. 

Milli.Az