Alman jurnalist Ermənistan Müdafiə Nazirliyinin yalanını ifşa etdi - FOTO

16 İyul 2020 16:39

Almaniyanın "Bild" nəşrinin hərbi analitiki Julian Repke Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulması görüntülərinin əks olunduğu videosunun etibarsız olduğunu göstərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Julian Repke "Twitter" hesabında paylaşım edib.

Analitik videoda, əslində, mülki təyyarənin əks olunduğunu üzə çıxarıb.

"İpucu: Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin", - deyə jurnalist yazıb.

Milli.Az