Yüksəkrütbəli erməni zabitinin dəfnində gözlənilməz hadisə

16 İyul 2020 15:37

Ermənistanın Baş naziri Nikol Paşinyan ölən erməni hərbçi Mayor Qaruş Hambartsumyanın dəfnində iştirak edib. 

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, Paşinyan sosial şəbəkədə canlı yayımda dəfn prosesini izləyiciləri üçün təqdim edib.

Dəfn prosesi zamanı mayorun ailə üzvləri göz yaşlarına boğulub, hətta yaxınlarından biri huşunu itirib. 

Günlərdir cəbhədə təxribata əl atan Ermənistan rəhbərliyinin məsuliyyətsizliyini bu gün sadə ermənilər çəkməkdədir.

Hələ neçə-neçə itkiləri olan Ermənistan tərəfi başa düşməlidir ki, təxribat davam etdikcə ağlayan erməni qadınlarının sayı da artacaq. Nikol Paşinyan Ermənistanın işğalçı siyasətini dayandıraraq buna bənzər görüntülərin daha da çox yayılmasının qarşısını ala bilər.

Çünki ermənilərin təcavüzkar siyasəti davam etdikcə ordumuzun cavab tədbirləri daha sərt olacaq.       

Milli.Az