Müəllimlərin işə qəbulu üzrə müsahibələr onlayn keçiriləcək

16 İyul 2020 15:39

"Müəllimlərin işə qəbulu üzrə müsahibələrin onlayn keçirilməsi planlaşdırılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, mövcud pandemiya şəratini nəzərə alsaq, minlərlə insanı Bakıya dəvət etməyə ehtiyac yoxdur: "Pandemiya şəraitində nəzarətçilərin və iştirakçıların sağlamlığının necə qorunması da insanları maraqlandırır. İmtahan mərkəzləri imtahandan əvvəl və sonra dezinfeksiya olunacaq.

Bununla da insanlar arasında yoluxma riskləri minimuma endiriləcək".

Milli.Az