Hamilə bloqerin ölüm səbəbi bəlli oldu - FOTO

16 İyul 2020 16:23

Məşhur britaniyalı bloqer, 24 yaşlı Nikol Teanın ölməsinə səbəb ürək tutması olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qohumlarının sözlərinə görə, Tea ölümündən az əvvəl sevgilisi Qlobal Boqaya kürəyindəki ağrılardan şikayət edibmiş.

Teanın nəfəs alarkən problem yaşadığı bildirilib. İlkin ehtimallara görə, qızın ürəyi qəflətən dayanıb.

Qeyd edək ki, gənc bloqer hamiləliyinin səkkizinci ayında Meksboro şəhərində vəfat edib. Onun doğulmamış körpəsi də həyatını itirib.

Ailə üçün bu ölüm çox gözlənilməz olub. Çünki Tea həm də rəqqasə idi və son dövrlərə qədər səhhətində heç bir ciddi problem yox idi.

Milli.Az