Maykl Essyendən Azərbaycana dəstək - FOTO

16 İyul 2020 14:01

"Səbail"in legioneri Maykl Essyen Azərbaycana dəstəyini ifadə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,əfsənəvi futbolçu son günlər Ermənistan - Azərbaycan sərhədində baş verənlərə münasibətini açıqlayıb.

O, özünün rəsmi İnstaqram səhifəsində Azərbaycanın bayrağını və ölkənin güclü olduğunu ifadə edən emojilər paylaşıb. Essyenin bu addımı onun izləyiciləri tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, M.Essyenin İnstaqramda 1 milyon 400 min izləyicisi var.

Milli.Az