İcra nümayəndəsi: "Dondar Quşçuda 8 evin kənarına mərmi düşüb, onlardan 2-si dağılıb"

16 İyul 2020 11:22

İyulun 13-dən bəri Tovuzun Dondar Quşçu kəndində 8 evin kənarına mərmi düşüb. 

Milli.Az xəbər verir ki, bunu APA-ya Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynov deyib. 

Onun sözlərinə görə, həmin evlərdən 2-si dağılıb. 

Milli.Az