Ermənilər Dondar Quşçu kəndini mərmi atəşinə tutdu - FOTO

16 İyul 2020 10:29

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Bu barədə Milli.Az-a açıqlamasında Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.

Milli.Az