Panama sahillərində güclü zəlzələ baş verib

16 İyul 2020 08:28

Panama sahillərində 5.8 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın geoloji xidməti xəbər verib.

Bildirilir ki, yeraltı təkanların episentri 82 min sakini olan David şəhərindən 120 km cənub-şərqdə, ocağı isə 5.7 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az