"Portu" 29-cu dəfə Portuqaliya çempionu oldu

16 İyul 2020 08:18

Futbol üzrə Portuqaliya çempionatında "Portu" komandası 29-cu dəfə turnirin qalibi titulunu qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Portu" komandası "Sportinq" klubunun futbolçularına 32-ci turda 2:0 hesabla gəlib.

Qolları Danil Pereyra (64-cü dəqiqə) və Mussa Mareqa (90-cı dəqiqə) vurublar.

"Portu" 32 oyunda 79 xal toplayaraq turnirin sonuna iki həftə qalmış ikinci yerdə olan "Benfika"dan 8 xal irəli keçərək vaxtından əvvəl çempion olub. Klubun aktivində bundan əlavə Portuqaliyanın 16 Kuboku və 21 Superkuboku, iki dəfə Çempionlar liqasının qalibi titulları var.

Milli.Az